"Bayern Münhen" klubu Dayo Upamekano ilə müqavilə müddətini uzadıb.
Offsideplus.az xəbər verir ki, fransalı müdafiəçinin yeni sözləşməsi 2030-cu ilin yayına qədər olacaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Upamekano 2021-ci ilin yayından Münhen təmsilçisində çıxış edir.
O, cari mövsüm 28 oyunda 1 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.



