Bundesliqada 18-ci tura start verilib.
Offsideplus.az xəbər verir ki, açılış matçında "Verder" "Ayntraxt"ı qəbul edib.
Görüşdə 6 qol vurulub, lakin qalib müəyyənləşməyib - 3:3.
"Ayntraxt" ardıcıl 4-cü oyunda qələbə qazana bilməyib. Onlar bu görüşdə 90+4-cü dəqiqədə vurduğu qolla məğlubiyyətdən qaça bilib.
Qeyd edək ki, Frankfurt təmsilçisinin növbəti səfəri Bakıya olacaq. Çempionlar Liqasının Liqa mərhələsinin VII turunda "Qarabağ"ı "Ayntraxt"ı qonaq edəcək.


