"Qalatasaray"ın basketbol komandasının yeni baş məşqçisi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar"ı bundan sonra Canmarko Potsekko çalışdıracaq.

Onunla 2026/27 mövsümünün sonuna qədər müqavilə imzalanıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Potsekko son olaraq İtaliya yığmasını çalışdırıb. O, bundan başqa "Asvel", "Olimpiya Milano" və "Dinamo Sassari" klublarında işləyib.