“Naxçıvan” BK-nın baş məşqçisi Nikola Bozinoski “Ordu” ilə oyundan sonra klubun mətbuat xidmətinə açıqlama verib.

Offsideplus.az xəbər verir ki, mütəxəssis qarşılaşmanı dəyərləndirərək komandasının çıxışından narazı qaldığını bildirib:
“Oyuna yaxşı başlasaq da, yekunda çox pis nəticə göstərdik. Müəyyən dəqiqələrdə xal qazanmaqda ciddi çətinlik çəkdik. Üçlük atışlarında çox zəif faizlə oynadıq. Hər oyunda olduğu kimi, bu matçda da rəqibin iki oyunçusunu dayandıra bilmədik”.

Bozinoski rəqib hesabda önə keçdikdən sonra komandasının mübarizəsinin zəiflədiyini də qeyd edib:
“Rəqib hesabda önə keçəndən sonra komandamız meydanda zəif mübarizə apardı. Nəticədə görüşü sadə şəkildə rəqibimizə hədiyyə etdik”.

Qeyd edək ki, “Naxçıvan” BK üçün bu qarşılaşma arzuolunmaz nəticə ilə yekunlaşıb.