"Sabah" basketbol klubu bu gün FIBA Çempionlar Liqasında növbəti oyununa çıxacaq.

Offsideplus.az xəbər verir ki, rəqib Çexiyanın "Nimburk" klubudur.

Milli Gimnastika Arenasında baş tutacaq görüş saat 20:00-da başlayacaq.

"Sabah" əvvəlki 4 oyunun hamısında məğlub olub.

"Nimburk"un isə 1 qələbəsi var.

FIBA Çempionlar Liqası, V tur

20:00 "Sabah" - "Nimburk"

Milli Gimnastika Arenası