Azərbaycanın kişilərdən ibarət basketbol yığması 2029-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, A qrupunda mübarizə aparan milli komandamız Lüksemburqla qarşılaşıb.
Bakı İdman Sarayında oynanılacaq matç saat 18:00-da start götürüb. Görüş rəqibin 90:95 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan yığması ilk görüşdə səfərdə Şimali Makedoniyaya məğlub olub - 49:87.
AÇ-2029, ilkin seçmə mərhələ oyunları
30 noyabr
18:00 Azərbaycan - Lüksemburq 90:95 (18:25, 26:32, 17:25, 29:13)
Bakı İdman Sarayı



