"Sumqayıt" ABL-nin VII turunda "Naxçıvan"a məğlub olub (99:116).
Offsideplus.az xəbər verir ki, görüşdən sonra "Sumqayıt"ın baş məşqçisi Vadim Kuramşın klubun mətbuat xidmətinə matçı şərh edib:
"Naxçıvan"ı qələbə münasibətilə təbrik edirəm. Oyunun əvvəlində rəqibin daha çox xal atmasına imkan verdik, daha sonra onlara çatdıq. 3-cü periodda eyni hal yenə təkrarlandı, "Naxçıvan" yenə də "üçlük"lərlə fərqi artırdı. Mən fol limiti probleminə görə fərdi müdafiəyə keçmirəm, hər halda cəmi 3 amerikalı ilə bunu edə bilmirəm. Biri kənarlaşsa, işimiz çətin olacaq. Uşaqlar yoruldu, əvəzetməsiz oynamaq çətindir. Bu da nəticəyə təsir etdi. Onların yerliləri xeyli xal topladı, çünki amerikalıları onlara ötürmə verirdi, bizdə isə əcnəbilər ancaq özünə oynayırdı".



