Bu gün qadın basketbolçulardan ibarət Azərbaycan yığması Türkiyənin "Nesine Aydın Spor" klubu ilə yoldaşlıq oyununda üz-üzə gəlib.
Offsideplus.az xəbər verir ki, AVRO-2027-nin seçmə mərhələsinə hazırlıq xarakteri daşıyan matç Bakı İdman Sarayında baş tutub.
Görüş Türkiyə komandasının 93:89 hesablı qələbəsi ilə yekunlaşıb.



