Azərbaycan Basketbol Liqasının V turuna bu gün yekun vurulub.
Offsideplus.az xəbər verir ki, A qrupu çərçivəsində "Sabah" "Abşeron Lions" ilə üz-üzə gəlib.
Matç Bakı İdman Sarayında, saat 18:00-da başlayıb. Görüş Rimas Kurtinaytisin komandasının 92:107 hesablı qələbəsi ilə yekunlaşıb.
ABL, V tur
18:00 "Abşeron Lions" - "Sabah" 92:107 (17:31, 28:31, 23:21, 24:24)
Bakı İdman Sarayı



