Azərbaycan Basketbol Liqasında (ABL) V turun oyunları keçirilib.
Offsideplus.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.
B qrupunda "Naxçıvan" "Quba" ilə üz-üzə gəlib və 78:86 hesabı ilə qalib gəlib.
A qrupunda isə "Neftçi" NTD-yə 71:99 hesabı ilə qalib gəlib.
Hər iki görüş Bakı İdman Sarayında keçirilib.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Ordu" "Lənkəran"ı (91:76), "Sumqayıt" "Sərhədçi"ni (84:80), "Şəki" isə "Gəncə"ni (84:70) məğlub edib.
ABL, V tur
B qrupu
"Naxçıvan" - "Quba" 78:86 (20:27, 19:12, 23:22, 24:17)
A qrupu
NTD - "Neftçi" 71:99 (9:25, 23:32, 20:20, 19:22)



