NBA-də ötən həftənin ən yaxşı oyunçuları məlum olub.
Offsideplus.az xəbər verir ki, Şərq Konfransında Milawkuee Bucks komandasının ulduzu Yannis Adetokumbo bu ada layiq görülüb.
O, 3 oyunda 36 xal, 16 ribaund və 7 assist ortalaması ilə oynayıb.
Qərb Konfransında isə San Antonio Spurs komandasında çıxış edən Viktor Vembanyama bu mükafatın sahibi olub.
Fransalı pivot isə 33.3 xal, 13.3 ribuand və 6 blok ortalaması ilə mübarizə aparıb. Onun komandası mövsümə 4 ardıcıl qələbə ilə başlayıb.



