7 sentyabr saat 18:00-da "Dəniz Mall Ticarət Mərkəzi"nin qarşısında Azərbaycanın ən istedadlı basketbolçuları Red Bull Half Court Azerbaijan üçün bir araya gələcək!
Offsideplus.az xəbər verir ki, bu dəfə həyəcan ikiqat böyükdür: müxtəlif ölkələrdən 8,000-dən çox oyunçu “dünyanın ən yaxşısı” titulu uğrunda mübarizə aparacaq.
Milli Finalda qalib gələnləri böyük bir səhnə gözləyir – onlar 27–29 noyabr 2025-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçiriləcək Dünya Finalına vəsiqə qazanacaqlar. Burada qayda sadədir: hücum et, xal topla, qalib ol! Red Bull Half Court başlayır küçə basketbolunun ən çılğın anları səni gözləyir!
Qeyd edək ki, milli finalın media tərəfdaşı CBC SPORT, rəsmi qlobal tərəfdaşlar isə FILA və "Spalding"dir. Giriş sərbəstdir.



