"Quba" basketbol klubu baş məşqçisinin müqavilə müddətini uzadıb.

Offsideplus.az xəbər verir ki, Şəhriyar Əsgərov daha bir il bölgə klubunu çalışdıracaq.

bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 

Təcrübəli mütəxəssis 2025/2026 mövsümündə də "Quba"da olacaq. Onun köməkçisi isə komandanın kapitanı Zaur Paşayev olacaq.