Basketbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsində 3-cü turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, Rimas Kurtinaytisin çalışdırdığı Litva yığması turnirin favoritlərindən Almaniya ilə qarşılaşıb.

Görüşdən əvvəldən sona qədər "panzerlər"in üstünlüyü şəraitində keçib. Nəticədə almanlar 19 xal fərqlə qələbə qazanıb - 107:88.

Görüşün ən məhsuldar oyunçusu 26 xalla oynayan Dennis Şröder olub.

Beləliklə, Litva ilk məğlubiyyətini yaşayıb. Almaniya isə itkisiz yoluna davam edir.

Qeyd edək ki, R. Kurtinaytis eyni zamanda "Sabah"ın da baş məşqçisidir.

B qrupu

1. Almaniya 3 oyun 3 qələbə

2. Litva 3 o 2 q 1 məğlubiyyət

3. Finlandiya 2 o 2 q

4. İsveç 2 o 2 m

5. Böyük Britaniya 2 o 2 m

6. Çernoqoriya 2 o 2 m