16 yaşadək qızlardan ibarət basketbol yığmamız təlim-məşq toplanışı çərçivəsində Türkiyəyə yola düşüb.
Offsideplus.az xəbər verir ki, Ferhat Akcanın rəhbərlik etdiyi milli komanda 20-29 avqust tarixlərində İstanbulda baş tutacaq Avropa Çempionatı B divizionuna hazırlıqların son mərhələsini keçirəcək.
Bu təlim-məşq toplanışında taktiki, texniki və fiziki çalışmalarla yanaşı, bir sıra yoxlama oyunları baş tutacaq.
Qeyd edək ki, hazırlıq prosesinə 18 avqustda yekun vurulacaq.



