Keçmiş basketbolçu, 7 dəfə All-Star seçilən Treysi Makqredi maraqlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, o, 2003/04 mövsümündə ən yaxşı gənc oyunçunun Lebron Ceyms, yox Karmelo Entoni olduğunu düşünür.

"Lebron Ceymsə hörmətsizlik etmək istəmərəm, lakin Karmelo Entoni 2004-cü ildə ilin ən yaxşı gənc oyunçu mükafatını qazanmalı idi. O, komandasını pley-offa çıxardı. Bu, yeni başlayanlar üçün böyük nailiyyətdir".

Qeyd edək ki, bu mükafat NBA-də ilk ilini keçirən oyunçulara verilir. L. Ceyms 2003-cü il NBA draftında 1-ci, K. Entoni isə 3-cü yerdən seçilib.