Basketbol üzrə Azərbaycan çempionu “Sabah” klubu oyunçusunu heyətdə saxlayıb.

Offsideplus.az xəbər verir ki, "bayquşlar" Ramiz Quliyevlə müqavilənin müddəti uzadıblar.

Klubun mətbuat xidmətinin məlumatına görə, 25 yaşlı basketbolçu 2025/2026 mövsümündə də “Sabah”ın şərəfini qoruyacaq.

Qeyd edək ki, "Sabah" qarşıdakı mövsümdə ilk dəfə Çempionlar Liqasında mübarizə aparacaq.