Sloveniyalı oyunçu Luka Donçic bu il fevral ayında Dallas Mavericks klubundan Los Angeles Lakers-ə keçidindən sonra Los Ancelesdə yaşadığı təcrübələr barədə danışıb.

Offsideplus.az xəbər verir ki, Donçic “Mind the Game” podkastında Los Ancelesdə ən çox bəyəndiyi şeyin okeanın olması olduğunu bildirib:

“Bu, yaşadığım ilk şəhərdir ki, burada okean var və mən bunu çox sevirəm. Tək narahat edən şey isə tıxaclardır”.

Qeyd edək ki, Lakers bu mövsüm NBA play-off-larının birinci raundunda Minnesota Timberwolves komandası qarşısında məğlub olub. Donçic isə 5 oyunda orta hesabla 30,2 xal, 7 ribaund və 5,8 assistlə yadda qalıb.