Azərbaycan Basketbol Liqasında çıxış edən "Naxçıvan" klubunda ayrılıq yaşanıb.
Offsideplus.az xəbər verir ki, türkiyəli baş məşqçi Murat Dikmen muxtar respublika təmsilçisi ilə vidalaşıb. O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
"Hər son bir başlanğıcdır. İki il əvvəl başladığımız hekayənin sonuna gəldik. Gəldiyim vaxt liqada yeni yaradılan bir klub olaraq 84% qələbə ilə müntəzəm mövsümdə ikinci yerdə bitirdik, çempionatda və kubokda final oynadıq, avrokuboklarda iştirak haqqı əldə etdik. Yerli oyunçuların inkişafında rolumuz oldu, ABL-də hörmət edilən və izlənilməsi zövq verən bir komanda olduq. Əməyi keçən hər kəsə təşəkkür edirəm. Bundan sonra "Naxçıvan" klubuna uğurlar arzulayıram".
Qeyd edək ki, Murat Dikmenin rəhbərliyi altında "Naxçıvan" komandası 2023-24 mövsümündə Azərbaycan Kuboku və ABL ikincisi olub.