"Sadəcə, qələbə üçün gücümüz çatmadı".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Şəki"nin baş məşqçisi Bedri Meriç ABL-nin pley-offunda "Sabah"a məğlub olduqları oyundan sonra söyləyib. Türkiyəli mütəxəssis matçı belə şərh edib:
“Bugünkü mübarizəsinə görə komandama təşəkkür, “Sabah”ı da təbrik edirəm. Rəqibin avrokuboklar üçün qurulmuş heyəti var. Əslində biz oyuna yaxşı başlaya, planladığımız kimi müdafiə oluna bilmədik. Fiziki yorğunluqdan dolayı bir az zəif çıxış etdik. Amma 2-ci hissədə oyunu bir az bərabərləşdirməyə çalışdıq. Sadəcə, qələbə üçün gücümüz çatmadı. A qrupunun MVP-si seçilmiş Hassani Qravet az xal topladı, çünki ona qarşı necə oynamalı olduğumuza görə tədbir görmüşdük. Ancaq onu dayandırsan da, digər “guard” Ceyms İds 24 xal qazandı. Şəkidəki cavab oyununda bir sürpriz edəcəyimizə azarkeşlərimizə söz verə bilərik. Çünki biz öz meydanımızda bu mövsüm cəmi 1 məğlubiyyət almışıq. Vacib matçların hamısında qalib gəlmişik. Əminəm ki, yenə Şəkidə qələbə qazanacağıq”
Qeyd edək ki, cavab oyunu aprelin 29-da Şəkidə baş tutacaq. 2 qələbəyə ən tez çatan komanda finala yüksələcək.