Azərbaycan Kubokunun yarımfinalında "Gəncə"yə məğlub olan "Naxçıvan" mübarizəni dayandırıb. 

Offsideplus.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Murat Dikmen 80:86 hesabla yekunlaşan oyunu şərh edib.

"Performansımızı iki hissəyə bölmək lazımdır. İlk yarı və ikinci hissə fərqli çıxış etdik. Birinci hissədə həm müdafiədə, həm də hücumda istədiyimiz kimi oynaya bilmədik. Buna görə də hücum ritmimizi yaxalaya bilmədik. Üçüncü periodda müdafiədə sərtliyimizi artıraraq rəqibimizi dayandırmağa çalışdıq. Geridönüş etdik, hətta önə də keçdik, ancaq sonunu gətirə bilmədik. Qələbə qazana biləcəyimiz matçı əlimizdən verdik. Uzun oyunçularımız çox pis performans sərgilədilər. Rəqibimizin 11 hücum ribaundu götürməsi bizim müdafiədə nə qədər zəif çıxış etdiyimizi göstərir. “Gəncə” klubunun yerli basketbolçusu Cəbrayıl Əkbərov bu gün çox yaxşı çıxış etdi. Xüsusilə onu vurğulamaq istəyərdim. Onun performansı matçın taleyinə aydınlıq gətirdi. Bundan sonra isə çempionata köklənəcəyik".