"Belə bir rəqibə qarşı qalib gəldiyimizə görə sevincliyik".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Gəncə"nin baş məşqçisi Halil Atlı "Naxçıvan" ilə oyundan (80:86) sonra deyib. 

Türkiyəli mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında matçı şərh edib:

"Rəqibi mübarizə əzminə görə təbrik edirəm. "Naxçıvan"nın baş məşqçisi çempionatda təcrübəlilərdəndir. Böyük hədəflər üçün mübarizə aparmağa alışmış mütəxəssisdir. Belə bir rəqibə qarşı qalib gəldiyimizə görə sevincliyik. Komandamı təbrik edirəm. Meydançaya daxil olan bütün oyunçularımız möhtəşəm oyun göstərdilər. Əvvəlcədən danışdığımız planları reallaşdıra bildik. Qələbəmiz Gəncəyə, azarkeşlərə ərmağan olsun. Növbəti matçımız finaldır. İnşallah, kuboku qazanmaq istəyirik".