“Naxçıvan” basketbol klubu heyətinə yeni oyunçu cəlb edib.
Offsideplus.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi amerikalı Myles Toması heyətinə qatıb. Onunla mövsümün sonunacan müqavilə imzalanıb. 201 sm boya malik olan 27 yaşlı basketbolçu ölkəmizə Avstraliyanın “Vindım” komandasından gəlib.
Qeyd edək ki, bu, Naxçıvan təmsilçinin gün ərzində 2-ci transferidir. Komanda bundan əvvəl "Abşeron"dan Yaya Deyvis ilə müqavilə imzalamışdı.