Bu gün Azərbaycan Basketbol Liqasında fasilədən sonra 15-ci turun oyunları başlayır.

Offsideplus.az xəbər verir ki, bu gün 1 görüş baş tutacaq. Turun açılış matçında “Neftçi” – “Abşeron” ilə üz-üzə gələcək. Matç 19:00-da Bakı İdman Sarayında keçiriləcək.

Qeyd edək ki, "ağ-qaralar" və qəsəbə təmsilçisinin aktivində 20 xal var. "Abşeron" 3-cü, "Neftçi" isə 4-cü yerdə qərarlaşıb.

19:00 "Neftçi" - "Abşeron"

Bakı İdman Sarayı