"Cümə axşamı İsveçrədəki məğlubiyyədən sonra toparlanmaq, Bakıya gəlib, mübarizə aparmaq asan deyildi".

Offsideplus.az xəbər verir ki, bu sözləri İrlandiyanın kişi basketbolçularından ibarət milli komandasının baş məşqçisi Mark Kinan deyib.

O, Dünya çempionatı-2027-nin ilkin təsnifat mərhələsində yığmamız üzərində qələbəyə (79:64) görə yetirmələrinə təşəkkürünü bildirib: "Yalnız ikinci hissənin əvvəlində bir az həyəcanlanmalı olduq. Lakin təmkinli oyun sayəsində rəqibin hesabı bərabərləşdirməsinə imkan vermədik. Qarşılaşmanın axırlarında isə yüsək təzyiq yox idi. Yığmamızın hər bir üzvünə təşəkkürümü çatdırıram".

M.Kinan növbəti seçmə mərhələyə yüksələ bilmədiklərinə görə təəssüfünü gizlətməyib: "Əlbəttə, biz ən yaxşı qrup ikincisi kimi ilkin təsnifat mərhələsini adlamaq istəyirdik. Buna görə məyusuq. Eyn zamanda,  6 oyunun 3-də qalib gəlməyimiz, bizə gələcək üçün böyük ümid verir".