ABŞ-ın basketbol üzrə milli çempionatında (NBA) növbəti turun oyunları keçirilib. 

Offsideplus.az xəbər verir ki, bu gecə baş tutan 9 görüş arasında ən maraqlısı Klivlend şəhərində olub.

Şərq zonasının lideri Cleveland Cavaliers üçüncü pillədə qərarlaşan New York Knicks-lə qüvvəsini sınayıb. Oyun meydan sahibləri üçün gözlənildiyindən asan keçib. İlk hissədən böyük üstünlüyə yiyələnən klivlendlilər 37 xallıq qələbə qazanıblar - 142:105 (41:29; 36:21; 33:29; 32:26)

Gecənin digər nəticələri:

Orlando Magic - Memphis Grizzlies 104:105

Washington Wizards - Milwaukee Bucks 101:104

Toronto Raptors - Miami Heat 111:120 (overtaym)

Dallas Mavericks - New Orleans Pelicans 111:103

San Antonio Spurs - Detroit Pistons 110:125

Houston Rockets - Minnesota Timberwolves 121:115

Utah Jazz - Oklahama City Thunder 107:130

Sacramento Kings - Golden State Warriors 108:132