Los Angeles Lakers NBA müntəzəm çempionatında gözlənilməz məğlubiyyətlə üzləşib.
Offsideplus.az xəbər verir ki, sözügedən komanda doğma meydançada Qərb zonasının autsayderi Charlotte Hornetslə bacara bilməyib - 97:100 (28:21; 20:16; 18:32; 31:31).
Los Angeles Lakersin heyətində ən çox fərqlənən basketbolçu Lebron Ceyms olub - 29 xal. Komandanın yeni ulduz transferi Luka Donçiç isə 14 xalla kifayətlənib.
Bu, Los-Anceles təmsilçisinin ardıcıl ikinci məlubiyyəti olub. Hazırda komanda Şərq zonasında 5-ci pillədə qərarlaşıb. Charlotte Hornets isə Qərb zonasında 15 klub arasında 14-cidir.