Kişi basketbolçular arasında Dünya çemponatı-2027-nin ilkin təsnifat mərhələsinin Kosovo - Azərbaycan oyununa biletlər satışa çıxarılıb.
Offsideplus.az xəbər verir ki, görüşü canlı izləmək istəyən azarkeşlər 4 avro xərcləməli olacaqlar.
Qarşılaşma Kosovonun paytaxtı Priştinanın Gənlər və İdman Sarayında baş tutacaq. Oyunun start fiti sabah Bakı vaxtı ilə 22:30-da çalınacaq.
Bu, yığmamızın ilkin təsnifat mərhələsində axırıncı səfər matçıdır. Basketbolçularımız fevralın 23-də doğma azarkeşlər önündə İrlandiyaya qarşı mübarizə apracaqlar. Milli komandamız hazırda 5 xalla qrupda 3-cü yeri tutur. Növbəti mərhələyə yüksəlmək üçün ən azı qrup ikinci olmaq lazımdır.