Dünyanın ən güclü basketbolçularından biri sayılan Luka Donçiçlə bağlı qeyri-adi məlumat yayılıb. 

Offsideplus.az xəbər verir ki, ABŞ-ın Los Angeles Lakers klubunun şərəfini qoruyan sloveniyalı idmançı keçmiş komandası Dallas Mavericks-də artıq çəkidən qurtulmaq üçün hamını aldatmaq qərarına gəlib.

26 yaşlı basketbolçu ötən ilin noyabrında Dallas Mavericksin heyətində ardıcıl 5 oyunu buraxmalı olub. Həmin vaxt klub Donçiçin sağ biləyindən zədələndiyi barədə açıqlama yaymışdı.

Əslində, sloveniyalı ulduz sağlam imiş. Hesabatların təhrif edilməsi, yalan məlumatın verilməsi isə Donçiçin vaxt qazanması, artıq çəkidən qurtulması üçün rejiminə daha çox diqqət ayırması məqsədi daşıyıb.