"Sumqayıtda çox yaxşı vaxt keçirirəm"
Offsideplus.az xəbər verir ki, "Sumqayıt"ın müdafiəçisi Zayon Yanq klubun mətbuat xidmətinə açıqlama verib. Azərbaycan Basketbol Liqasının hər oyuna orta hesabla ən məhsuldar oyunçusu Sumqayıtda özünü çox yaxşı hiss etdiyini söyləyib: "Sumqayıtda çox yaxşı vaxt keçirirəm. Burada olduğuma görə şadam. Bu şəhərdə həmişə maraqlı nəsə baş verir. Komanda yoldaşlarım Aleksey Kitayev, Zaur Quşanov və Saadettin Donat qətiyyən məni darıxmağa qoymur. Onlar komanda daxilində də əla atmosfer yaradır".
Zayon qısa zamanda çempionatın ən məhsuldar oyunçusuna çevrilməsinə görə də komanda yoldaşlarına minnətdarlığını bildirib: "Əvvəlcə, mənə burada oynamağa şans yaradanlara təşəkkürümü bildirirəm. Bu çempionatda mən əsl istedadımı nümayiş etdirə bilirəm. Amma istənilən halda mən komanda yoldaşlarıma minnətdaram. Məhz onların sayəsində mən liqada hər oyunda orta hesabla ən çox xal toplayan basketbolçuyam".