Azərbaycan Basketbol Liqasının 10-cu turunda “Ordu” klubu “Quba” üzərində qələbə qazanıb.
Offsideplus.az xəbər verir ki, B qrupunun “Sərhədçi” İdman Mərkəzində baş tutan matç “hərbçilər”in qələbəsi ilə nəticələnib – 81:74.
Turun daha əvvəl keçirilən görüşlərində “Neftçi” “Abşeron”u 84:76, “Naxçıvan” “Sabahı” 80:75, “Sərhədçi” NTD-ni 78:64, “Şəki” “Lənkəran”ı 111:82 hesabı ilə məğlub edib. 10-cu tura sabah Gəncə İdman Sarayında oynanılacaq B qrupunun “Gəncə” – “Sumqayıt” matçı ilə yekun vurulacaq.