“Bu komandanın bir hissəsi olduğum üçün və bura gəldiyim üçün şadam”
Offsideplus.az xəbər verir, bu sözləri “Sərhədçi”nin yeni transferi Vuk Vukiçeviç deyib.
Serbiyalı basketbolçu klubun rəsmi saytına açıqlamasında Azərbaycan təmsilçisi ilə müqavilə bağlamasından və ölkəmizə gəlişindən danışıb:
“Şəhəri və buradakı insanları çox sevirəm. Liqa yaxşıdır və düşünürəm ki, bu mövsüm həqiqətən də yaxşı çıxış edə bilərik. Bütün keyfiyyətlərimlə komandaya kömək etməyə çalışacam. Ümid edirəm ki, hər şey istədiyimiz kimi olacaq”.
Serbiyalı Azərbaycan Basketbol Liqasının son turunda NTD üzərindəki qələbədən də söz açıb:
“Bəli, bu mənim üçün burada ilk oyun idi. Biz hələ də bir-birimizə alışırıq. Düşünürəm ki, yaxşı ritmdəyəm və gələn oyunlar üçün həyəcanlıyam. Deyə bilərəm ki, bu mövsüm həqiqətən yaxşı çıxış edəcəyimə tam əminəm. NTD ilə matçda meydançada özümü yaxşı hiss etdim”.