“Sabah” basketbol komandası FİBA Avropa Kubokunun ilk oyununda Belçika təmsilçisi “Spirou”ya uduzub.
Offsideplus.az xəbər verir ki, “bayquşlar”ın baş məşqçisi Rimas Kurtinaytis 81:82 hesabıyla bitən görüşü belə şərh edib:
“Qalib gələ bilərdik. Lakin son anda qələbəni əldən verdik. Onların heyəti daha genişdir. Rotasiya imkanları bizimlə müqayisədə daha çoxdur. Ev oyunlarımızda yaxşı çıxış edib, bacardıqca daha çox xal toplamalıyıq”.
“Sabah” növbəti oyunu oktyabrın 16-da Yunanıstanın “Marussi” komandasına qarşı keçirəcək.