"Astana"nın baş məşqçisi Roman Qriqorçuk müvəqqəti olaraq postunu tərk edib.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. O, şəxsi məsələlər səbəbindən müvəqqəti olaraq komandadan ayrılmalı olub.
Klub rəhbərliyinə müraciət ünvanlayan mütəxəssis müvəqqəti olaraq köməkçisi Qriqoriy Babayanın onu əvəz etməsini xahiş edib.
Qeyd edək ki, "Qəbələ"dən gedən ukraynalı bu yay "Astana"ya keçib.(fanat.az)