Azərbaycan Basketbol Liqasında (ABL) 15-ci turun oyunlarına start verilib.

Offsideplus.az xəbər verir ki, turun açılış oyununda ilk iki pillədə qərarlaşmış "Sərhədçi" və NTD komandaları üz-üzə gəliblər.

“Sərhədçi” İdman Mərkəzində keçirilən matçda NTD-nin qələbəsi ilə yekunlaşıb - 79:78.

Ən məhsuldar basketbolçular “Sərhədçi”dən Endər Poladxanlı (20 xal, 4 ribaund ), NTD-dən isə Londel Kinq (27 xal, 23 ribaund) olub.

Turun digər oyunlarında "Sabah" "Zirvə Astara"nı, "AAAF Xırdalan" "Neftçi İK"nı, "Gəncə" isə "Olimpik Şəki"ni sınağa çəkəcək. Bu görüşlər 28-29 yanvarda keçiriləcək.