Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeni ilin ilk oyunu baş tutub.
Offsideplus.az xəbər verir ki, Voleybol Mərkəzində təşkil edilən matçda “Azərreyl” və “Abşeron” komandaları üz-üzə gəlib.
İlin ilk matçı “Azərreyl”in üstünlüyü ilə başa çatıb. Eldar Yusubovun komandası hər üç setdə üstün oyun nümayiş etdirərək, görüşü qələbə ilə başa vurub – 3:0 (25:18, 25:18, 25:21).
Beləliklə, bu oyundan sonra aktivinə 3 xal yazdıran “Azərreyl” 6 xalla turnir cədvəlində 1-ci pilləsində, “Murov” isə 3 xalla 2-ci yerdə qərarlaşıb. “Abşeron” və UNEC-in xalı yoxdur.
Qeyd edək ki, bu gün keçirilməsi nəzərdə tutulan “Murov” – UNEC qarşılaşması universitet təmsilçisinin əksər oyunçularının səhhətində problem yarandığı üçün təxirə salınıb.
Yüksək Liqa (qadınlar)
2-ci tur
13 yanvar
“Azərreyl” – “Abşeron” 3:0 (25:18, 25:18, 25:21)