Azərbaycanın kişi voleybolçulardan ibarət “Murov” komandası Çağırış Kubokunda mübarizəni dayandırıb.

Offsideplus.az xəbər verir ki, 1/8 final mərhələsinin cavab oyununda Niderland təmsilçisi "Orion"a iki set verən komanda turnirlə vidalaşıb.

İlk görüşdə rəqibinə 1:3 hesabı ilə məğlub olan ölkə çempionu hazırda davam edən qarşılaşmada geridönüş etsə belə, növbəti mərhələ şansını itirib.

Xatırladaq ki, bu gün qadınlardan ibarət "Azərreyl" komandası da Almaniyada "VfB SUHL Thüringen"in müqavimətini qırmağa çalışacaq. Komanda ötən gün ilk oyunda 1:3 hesabı ilə yenilib. Tərəflər arasında əldə olunan qarşılıqlı razılaşmaya əsasən, görüşlər Almaniyada keçirilir.