Bakıda keçirilən mini futbol üzrə "Banişevski Kuboku" sona çatıb.
Offsideplus.az xəbər verir ki, turnirin qalibi "Cürət 2021" komandası olub. Sözügedən kollektiv həlledici oyunda "Çinar Zəngilan"ı 7:3 hesabı ilə məğlub edərək yarışın qalibi adına yiyələnib.
Üçüncü yer uğrunda görüşdə isə "İCBFA" və "Dirçəliş FK" komandaları üz-üzə gəliblər. Matç "Dirçəliş FK"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.