Bu gün “Bayıl Arena”da U-12 Liqasının final oyunu keçirilib.
Offsideplus.az xəbər verir ki, finalda “Qarabağ”la qarşılaşan “Vətən” 3:0 hesabı ilə qələbə qazanıb.
Üçüncü yeri isə “Neftçi” komandası tutub.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Rəşad Sadıqov təqdim ediblər.