Kişi voleybolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, Pərviz Səmədovun baş məşqçisi olduğu seçməmiz Polşada beynəlxalq turnirdə ilk matçına çıxıb.

İyulun 11-dək davam edəcək ənənəvi “Vaqner Memorial”ın ilk günündə millimiz Misirlə görüşüb. Voleybolçularımız Afrika təmsilçisinə 0:3 hesabı ilə uduzub.

Dairəvi sistemlə keçirilən turnirin II turunda yığmamız Polşa ilə görüşəcək. Son oyun günündə millimiz Norveçlə üz-üzə gələcək.