Futzal üzrə Slovakiya yığmasının baş məşqçisi Marian Berki Avropa çempionatının seçmə mərhələsində yığmamızla keçirilən oyundan (1:1) sonra mətbuat konfransına qatılıb.
Offsideplus.az xəbər verir ki, mütəxəssis görüşlə bağlı fikirlərini belə şərh edib:
“Çox təəssüf edirəm ki, qələbəni son dəqiqədə əldən verdik. Üç xalı itirməklə bərabər şansımızı da xeyli azaltmış olduq".
O, son saniyələrdə qələbəni əldən vermələrində özünü günahkar sayıb: "Əlbəttə, nəticənin bu cür alınmasında əsas səhv özümüzdədir. Çünki Drahovski əla şansı qaçırdı. Halbuki həmin anda qapıya düşə bilsəydi, bu gün 3 xal qazanacaqdıq. Oyun planında yaxşı çıxış etdik. Azərbaycan millisinə Avropa çempionatının final mərhələsində uğurlar arzulayıram. Bizim şansımız isə son oyundakı nəticədən asılıdır”.