NBA və "Los-Ancels Leykers"in əfsanələrindən olan Kobi Brayant keçirdiyi helikopter qəzasında qızı Cianna ilə birliktə həyatını itirmişdi. Pilot səhvindən qaynaqlandığı ehtimal olunan qəzada, helikopterdə olan 9 nəfərdən sağ qalan olmayıb.

Offsideplus.az xəbər verir ki, bu günlərdə basketbolçunun 7 il əvvəl etdiyi yatırımla bağlı məlumat ortaya çıxıb.

İçki firmasının 10 faizlik səhmlərini alan K. Brayant 5 milyon dollar sərmayə qoyub. Hazırda gəliri 1 milyarda çatan şirkətin rəhbəri açıqlama verərək, Brayantın sərmayəsinin 200 milyon dollara yüksəldiyini bildirib.

Həmçinin, Kobi Brayantın şirkətin ən çox hissəyə malik 4-cü səhmədarı olduğu bildirilib.

Qeyd edək ki, əfsanəvi basketbolçu vəfat edəndə 1 milyardlıq sərvətə malik yeddinci idmançı idi.