DÇ-2020-nin elit-raund mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan millisinin yanvarın 13-dən Bakıda təlim-məşq toplanışı başlayacaq.

 Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Joze Alesio Da Silva təlim-məşq toplanışı üçün 14 oyunçuya dəvət göndərib. 

13 gün davam edəcək hazırlıq prosesi zamanı komanda yanvarın 21-də və 22-də Bakı İdman Sarayında Özbəkistan yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2020-nin elit-raund mərhələsi çərçivəsində yanvarın 29-da Xorvatiya, 30-da Rusiya, fevralın 1-də isə Slovakiya yığmaları ilə qarşılaşacaq. Bu qrupun oyunları Xorvatiyanın Osiek şəhərindəki “Qradsk vrt Arena”da baş tutacaq. 

AD, SOYAD KLUB
1 Rövşən Hüseynli Araz
2 Emin Kürdov EKOL
3 Rizvan Fərzəliyev Araz
4 Amir Shojaei Araz
5 İsa Atayev Araz
6 Oliveira Da Nascimento Alarabi Sportinq Club (Küveyt)
7 Jonathan Luiz De Angelis Alarabi Sportinq Club (Küveyt)
8 Ramiz Çovdarov Araz
9 Hadi Ahmadi Araz
10 Eduardo Borges ACCS Futsal Club Paris (Fransa)
11 Xətai Bağırov Araz
12 Tiago Telles Martins Norilsk Nikel (Rusiya)
13 Eshagh Soorghali Azaraxş (İran)
14 Tofik Mikayılov Marafon