Polina Rəhimova Azərbaycan millisindəki karyerasını başa vuracağı tarixi açıqlayıb.
Offsideplus.az xəbər verir ki, 30 yaşlı hücumçu Avropa Voleybol Konfederasiyasının rəsmi saytına açıqlamasında Niderlandda keçirilən Avropa Olimpiya Təsnifat Turnirindən sonra yığmadan gedəcəyini söyləyib. Polşa ilə qarşılaşma Polinanın millidəki son oyunu olacaq.
Qeyd edək ki, Polina Rəhimova 2007-ci ildən Azərbaycan millisinin şərəfini qoruyur. O hazırda Braziliyanın "Sesi Bauru" klubununda çıxış edir.