Argentina yığması DÇ-2018-dən öncə yoldaşlıq oyunu keçirəcək.
Offsideplus.az Apasport.az-a istinadən saytı xəbər verir ki, Lionel Messi və komanda yoldaşları İsrail millisi ilə üz-zə gələcəklər.
Qarşılaşma iyunun 9-da Təl-Əviv şəhərində baş tutacaq.
Bu görüş Argentinanın mundialdan öncə sonuncu sınaq matçı olacaq.
Qeyd edək ki, argentinalılar DÇ-2018-də İslandiya, Xorvatiya və Nigeriya yığmaları ilə birlikdə D qrupunda yarışacaq.