Futzal üzrə İkinci Liqanın I turu çərçivəsində keçirilməli olan “ASCO Dənizçi” – “Bibi-Heybət” oyunu birincilərin Rusiyada təşkil edilən beynəlxalq turnirdə iştirakı ilə əlaqədar qeyri-müəyyən vaxta təxirə salınıb.
Offsideplus.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Oyunun tarixi barədə əlavə məlumat veriləcək.