Stiv Kerr "Qolden Steyt Uorriors"un baş məşqçisi kimi qarşıdakı mövsüm üçün komandasına inamını ifadə edib. O, 2026/27 mövsümünün yekun nəticəsi barədə konkret proqnoz verməsə də, komandanın potensialına güvəndiyini bildirib.
Offsideplus.az xəbər verir ki, Kerr açıqlamasında belə deyib: "Əgər biz həqiqətən düzgün prosesə fokuslansaq, buna tam əminəm, yaxşı start götürüb tempimizi artıra bilərik. Mənim əsas məqsədim hər şeyi yenidən qurmaq, köklərimizə qayıtmaq, əla təlim-məşq toplanışı keçirmək və bunun nəticəsini görməkdir. Amma tam əminliklə deyə bilərəm ki, bizi uğurlu mövsüm gözləyir".


