NBA-nın sabiq MVP-si Derrik Rouz gələcək nəsillərin onun karyerasını və nailiyyətlərini unuda biləcəyini düşünür. O, Sports Illustrated-ə müsahibəsində necə xatırlanmaq istədiyini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, Rouz bu barədə belə deyib: "Mən istəyirəm ki, məni meydançada hər şeyini verən və qalib ruhlu oyunçu kimi xatırlasınlar. Amma açığı, hekayəmin necə inkişaf etdiyini nəzərə alsaq, məni xatırlamayacaqlar. Yəqin ki, haqqımda yalnız karyeramı araşdırmaq istəyən adamlar məlumat əldə edəcək. Axı, Vil Çemberlen kimi bir çox rekorda imza atmış, bütün mükafatları qazanmış oyunçunu belə indiki nəsil tanımır. Və ya ən çox çempionluq qazanan Bill Rassell-in kim olduğunu bilmirlər. O halda, mən kiməm ki, məni xatırlayacaqlarını düşünüm? Çox güman, xatırlamayacaqlar. Amma ümid edirəm ki, hekayəmi öyrənənlər bunu təsadüfən etməyəcək".