Avstraliyalı basketbolçu Ben Simmons karyerasını NBA-də davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, o, ötən mövsümü buraxsa da, yeni mövsümdə "Sakramento" klubunun formasını geyinəcək.
30 yaşlı müdafiəçi "Sakramento" ilə 3,5 milyon dollar dəyərində birillik müqavilə bağlayacaq. Simmons sonuncu dəfə 2025-ci ilin aprelində pley-off mərhələsində "Klipers"in heyətində meydana çıxıb.
O, 2024/25 mövsümündə "Bruklin Nets" və "Los Anceles Klipers"də ümumilikdə 51 oyunda iştirak edib, orta hesabla 5 xal, 4,7 ribaund və 5,6 assistla yadda qalıb.
Simmons karyerası ərzində "İlin yeni oyunçusu" adına, 3 dəfə "ALL-Star" oyununa, bir dəfə rəmzi yığmaya və iki dəfə ən yaxşı müdafiəçilər siyahısına düşüb. "Filadelfiya Siksers"in heyətində isə 2016-cı ilin NBA dreftinin birinci seçimi kimi üç dəfə Şərq Konfransının yarımfinalına yüksəlib.


