Futzal üzrə Azərbaycan milli komandasının sabiq oyunçusu Kaka “Avro-2018”də komandamızın Portuqaliya ilə keçirəcəyi oyun barədə fikirlərini azerisport.com-a bildirib.
Offsideplus.az xəbər verir ki, o, Azərbaycanı turnirdəki ən yaxşı komandalardan biri adlandırıb:
“Portuqaliyanın Rikardinyo kimi güclü oyunçusu var. Fərdi keyfiyyəti ilə çox fərqlənir. Amma buna baxmayaraq Azərbaycanın da şansı var”.
Qeyd edək ki, ¼ final çərçivəsində Portuqaliya - Azərbaycan matçı bu gün 21:00-da baş tutacaq.